DYP-də maraqlı aksiya: uşaqlar yol polisi olub valideyinlərə "nəzarət etdi" - VİDEO - FOTO

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Bakı-Şamaxı yolunda, Müşfiqabad postunda maraqlı tədbir keçirilib. Avtosfer.az-ın da iştirak etdiyi tədbir Qurban bayramı günlərində rayonlara gedən sürücülərlə proflaktiki söhbətlər aparmaq, onları qaydalara riayət etməyə dəvət etmək və bununla da baş verə biləcək qəzaların qarşısını almağa hesablanıb.
Yol polisi bir qədər fərqli mövqe nümayiş etdirərək avtomobillərdə olan uşaqlarla söhbət edib. Onlara İdarə tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub və şərti yol polisləri elan ediliblər. Uşaqlara valideynlərə nəzarət etmək, yollarda qayda pozduqları zaman xəbərdarlıq etmək tövsiyə olunub.
Eyni zamanda sürücülərə bəzi yollarda təmir işləri getdiyini nəzərə almaq və yol nişanlarının tələblərinə riayət etmək barədə xəbərdarlıq edilib.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli və nəqliyyat eksperti Elməddin Muradlı sürücülərlə həmsöhbət olublar.
Ətraflı Avtosfer.az-ın hazırladığı videomaterialda:
Hazırladı: Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















