DYP-də Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTO

Bu gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib.
Avtosfer.az-ın xəbərinə görə, tədbirdə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra İdarə rəisi, polis polkovniki Rəşid Piriyev şəxsi heyətə qarşısında Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, tarixən bu cür faciələr Azərbaycan xalqının başına çox gətirilib. Lakin xalqımız hər zaman bu faciələrin qisası uğrunda çalışıb. Nəhayət, 2020-ci ildə xalqın Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında birləşməsi, Orduya olan inam Azərbaycanı uğura apardı və bu gün bütün şəhidlərimizin ruhu şaddır.
İdarə rəisi bildirdi ki, şəxsi heyət arasında bu cür tədbirlərin keçirilməsi tarixi qan yaddaşımızı yeniləmək, əməkdaşların biliklərini atırmaqdır.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov da çıxış edib. O, xalqımıza qarşı aparılan soyqırım siyasətinin tarixi barədə geniş məlumat verib. Bildirib ki, ermənilər rus imperiyasının bir siyasəti olaraq Qarabağa, Zəngəzura yerləşdirilib və o dövrdən də Azərbaycan başına müxtəlif faciələr gətirilib: "Təəssüf ki, unutqanlıq etmişik və sonda yeni faciələr yaşamışıq".
Tarixçi alim bildirib ki, polis əməkdaşlarının tarixə biganə yanaşmaması təqdirəlayiq haldır: "Hər birimiz bu faciələrdən nəticə çıxarmalıyıq. Ermənilərlə qonşu kimi birlikdə yaşaya bilərik. Amma tarixi heç vaxt unutmaq olmaz".
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


























