DYP-dən bu sürücülər barəsində AÇIQLAMA - çəkinməyə çağırırıq

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, fevralın 2-də paytaxtın Xətai prospektində “Toyota Prius” markalı 77-BM-850 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Ümid Saleh oğlu narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb.
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu həmin halda taksi fəaliyyəti ilə məşğul olduğu halda aşkarlayıb. Ü. Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsilə protokol tərtib olunub. Nəsimi rayon Məhkəməsinin qərarı ilə o, bir illik sürücülük hüququndan məhrum edilib.
Araz Əsgərli bu kimi hadisələrlə bağlı sürücü və sərnişinlərə müraciət edib:
“Sərnişinlərdən xahiş edirik, sürücünün normal vəziyyətdə avtomobil idarə edə bilmədiyini və onun adekvat hərəkətlər etmədiyini gördükdə mütləq qaydada polisə məlumat versinlər. Hər hansı şəxsin belə anlaqsız vəziyyətdə avtomobil idarə etməsi həm sərnişinlərin, həm də digər insanların həyatı üçün olduqca təhlükəlidir. Bir daha vətəndaşlardan bu kimi hallara xüsusilə məsuliyyət hissi ilə yanaşmağı xahiş edir və sürücüləri sərxoş halda avtomobil idarə etməkdən çəkinməyə çağırırıq”.
Vəkilin qızının öldüyü qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO
DYP-dən piyadalara mühüm çağırış - VİDEO
Sürücülərdən pul yığan kişi CƏZALANDIRILDI - "Polisin adamıyam" deyirmiş
Qubada polis profilaktik tədbirlər keçirib - FOTOLAR
Yol polisi qayda-qanun tanımayan piyadaları belə AŞKARLADI - VİDEO
DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO










