Banner

DYP-dən piyadalarla bağlı AÇIQLAMA - "Qaydalara riayət etməklə..."

Yol polisi 11 Noyabr 2022 17:30 Oxunub 1478
DYP-dən piyadalarla bağlı AÇIQLAMA - "Qaydalara riayət etməklə..."
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Respublika ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, son dövrlər piyada vurma hadisələrinin sayında artım dinamikası müşahidə olunmaqdadır. Statistik göstəricilərə əsasən, cari ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 41.6 faizini təşkil edir". Bunu Avtosfer.az-a açıqlamasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin, İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib. O, bildirib ki, təkcə Bakı şəhəri üzrə bu göstəricinin 63.9 faiz təşkil etməsi isə ciddi narahatlıq doğurur. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 239 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 110 nəfər həlak olub, 147 nəfər isə yaralanıb. "Lakin, bu qəbildən olan yol-nəqliyyat hadisələrinin təhlili onu da deməyə əsas verir ki, yol hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadaların məsuliyyət baxımından məsələyə münasibəti həmişə birmənalı olmur. Piyadavurma hadisələrinin profilaktikası sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə birgə aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin geniş vüsət almasına baxmayaraq, təəssüf ki, hələ də öz həyat və sağlamlığına biganə qalan, özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün real təhlükəyə yaradan piyadaların sayı az deyildir. Payız-qış mövsümünün gəlişini də nəzərə alaraq, bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmağı, əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edirik."

M.Ağayev onu da əlavə edib ki, piyadalar qulaqlıqdan istifadənin ətraf mühitlə əlaqəni əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə almalı, yolu keçərkən nizamlama vasitələrinin tələblərinə sözsüz əməl etməli, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirməli, sürücülərin onlara yol verdiklərinə tam əmin olduqdan sonra hərəkətə başlamalı, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmaqdan çəkinməlidirlər. "Sadalanan yol hərəkəti qaydalarına riayət etməklə, uşaq və yeniyetmələrə örnək, həyat və sağlamlığımız üçün isə etibarlı zəmin yaratmış olarıq".

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh