DYP-dən sürücülərə XƏBƏRDARLIQ: “Maşını belə sürsəniz…”

“Yol hərəkəti qaydalarına düzgün əməl edilməməsinin ağır fəsadları da olur.” Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O, qeyd edib ki, biz hüquqi dövlətdə yaşayırıq və yol hərəkəti qaydaları da dövlətimizin qanunla qorunan və həyati əhəmiyyət kəsb edən səhəsidir. “Hamımız onu da bilirik ki, bəzən sadə hesab edilən və məsuliyyətsiz yanaşılan yol hərəkəti qaydalarına düzgün əməl edilməməsinin ağır fəsadları da olur”.
Araz Əsgərli bildirib ki, 2021-ci ilin 10 ayı ərzində yol-nəqliyyat hadisələrində 500-dən artıq insan həyatını, 1200-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla sağlamlığını itirib. “Hüquq qaydası nəyi müəyyən edibsə, ondan nə artıq, nə də əskik heç kim addım ata bilməz. Kimsə hüquqi statusundan, ictimai nüfuzundan, vəzifə səlahiyyətindən, tutduğu mövqeyindən asılı olmayaraq, qanunun tələblərinə qeyd-şərtsiz əməl etməli və bunu özünə ləyaqət borcu bilməlidir. Bir daha hamını qanunların tələbləri çərçivəsində həyat tərzi keçirməyə çağırırıq”, - deyə o qeyd edib.
A.Əsgərli sürücüləri nəqliyyat vasitəsini nömrəsiz idarə etməməyə səsləyib: “Avtomobilin dövlət qeydiyyat nişanı üzərində Azərbaycanın atributları var. Avtomobilin dövlət nömrə nişanı əsas elementlərdən biridir. Avtomobili nömrəsiz idarə edilməsi inzibati xətadır və bu əmələ görə cərimə nəzərdə tutulur. Sürücülər maşının bir nömrəsini istifadə etmədikdə 40, iki nömrəni istifadə etməməklə isə 60 manat cərimə olunurlar”.
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO









