DYP əməkdaşları Qubada reyd keçirib - FOTO

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil yolunu nəzərdə tutulmamış yerlərdən keçən, yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən piyadaların, həmçinin lüzumsuz siqnallardan istifadə edən, sürət həddini aşan, bir-birlərinə yol verməyən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirmə tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı rayonun müxtəlif küçə və prospektində piyada təhlükəsizliyinin təmin edilməsinə, mövcud piyada keçidlərindən səmərəli istifadə olunmasına, yol hərəkəti təhlükəsizliyinin təbliğində hərəkət iştirakçılarının mövcud qaydalara riayət etməsinə daha çox diqqət yetirilib.
Eləcə də sürücülərlə profilaktiki söhbətlər aparılaraq onlara yol hərəkəti haqqında qanunun tələbləri, sürücülərin hüquq və vəzifələri barədə müfəssəl məlumat verilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















