DYP hərəkət iştirakçılarını birgə fəaliyyətə dəvət edir

“Cəmiyyətdə geniş yayılmış və insanların narazılığını doğuran pozuntuların, o cümlədən yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən ötən ilin əvvəlindən başlanılmış tədbirlər 2022-ci il ərzində də davam edir.”
Bunu Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib. O, bildirib ki, qarşıda duran əsas vəzifə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini cəlb etməklə yol hərəkəti iştirakçıları ilə nəzarət-profilaktik, ən başlıcası isə maarifləndirmə xarakterli tədbirlərin keçirilməsidir.
“Cari ilin yanvar ayından başlayan və ilin sonunadək həyata keçirilməsi planlaşdırılan işlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklama, həmçinin təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülərin piyadalara yol verilməməsi, eləcə də piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, avtoxuliqanlıq, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması tədbirlərini əhatə edir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında aktiv iştirakçılığa dəvət edir.”
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












