DYP piyada keçidlərini yeniləyib: Şirvan, Hacıqabul və Kürdəmirdə - FOTO

Yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən ölkə ərazisində təhlükəsizlik tədbirləri həyata keçirir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində keçirilən tədbirlərlə bağlı Şirvan Şəhər, Hacıqabul və Kürdəmir Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələri tərəfindən profilaktiki işlərə başlanılıb.
Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətdə görülən tədbirlər çərçivəsində DYP bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura piyada zolaqlarının yenidən rənglənməsi, yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi daxildir.
Həmçinin tədbirlər zamanı bir neçə təhsil ocaqlarının qarşısında yeni zolaqlar da salınıb. Bu istiqamətdə tədbirlər ölkənin digər bölgələrində də davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















