DYP Saatlıda reyd keçirdi: maska taxmayanlar cərimələndi - FOTO

Saatlıda yol polisi avtobuslarda maska taxmayan şəxslərə qarşı profilaktik tədbir keçirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Sürücü və sərnişinlərin diqqətinə çatdırılıb ki, ictimai nəqliyyatdan istifadə edən hər bir vətəndaş özünün və ətrafında olan şəxslərin sağlamlığı üçün mütləq qaydada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməlidir. Avtobus sürücüləri isə maskadan istifadə etməyən sərnişinləri nəqliyyat vasitəsinə əyləşməyə icazə verməməli, öz iradını bildirməkdən çəkinməməlidir. Çünki pandemiyanın yayılmasının qarşısının alınması ən vacib qabaqlayıcı tədbirlərdən biri qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməsidir. Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və təyin olunmuş qaydalara ciddi riayət etmələri tapşırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













