DYP sürücü və piyadaları hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində və bölgələrdə hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücü və sərnişinlərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qrumlarla Əlaqə şöbəsinin rəisi Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür hava şəraitində sürücülər avtomobillərinin texniki sazlığını yoxlamalı, zərurət olmadığı hallarda ötmə əməliyyatı aparmamalı və qəfil manevrlər etməkdən çəkinməlidirlər. Qurum rəsmisi piyadaların da öz növbəsində hava şəraitinin tələblərinə uyğun hərəkət etmələrini tövsiyə edib: "Piyadalardan asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alaraq yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələri, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini xahiş olunur”
N.Piriyev həmçinin, qarşıdakı günlərdə küləyin sürətinin artacağı ilə bağlı sürücüləri təhlükəsizlik qaydalarına daha çox əməl etməyə, avtomobillərini hündürmərtəbəli binaların və ağacların altında saxlamamağa çağırıb.
Qeyd edək ki, ETSN Milli Hidrometeorologiya Xidməti bu gün axşamdan etibarən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












