DYP yol hərəkəti qaydalarının təbliği ilə bağlı videoçarx hazırlayıb

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Bilmirsiz öyrədək” adlı videoçarx hazırlayıb. Bunu Avtosfer.az-a İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, layihənin məqsədi uşaqların dili ilə yol hərəkəti qaydalarının təbliği, yol nəqliyyat hadisələrinin, eləcə də uşaq travmatiziminin qarşısının alınması, yeni nəsildə və ictimaiyyətdə qanunla tənzimlənən qaydalara əməl etmək mədəniyyətinin formalaşdırılmasıdır. “Bir daha ictimaiyyətdən bu cür məsələlərə dəstək verməyi xahiş edirik”, - o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl DYP yol-nəqliyyat hadisələri ilə bağlı blogerlərə müraciət etdmişdi. Belə ki, aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində DYP-yə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












