"Əcəmi"də "avtoş"luq edən sürücü tutuldu - 15 gün həbs, 1 il vəsiqədən məhrumetmə - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü cəzalandırılıb. Avtosfer.az xəbər verir ki, aprelin 27-də, gecə saat 02:30 radələrində 90-PX-790 dövlət nömrə nişanlı avtomobilin sürücüsü "Əcəmi" metrosu tərəfdən 4-cü mikrorayon dairəsinə daxil olanda avtoşluq edərək asfalt üzərində təkərləri “cüyüldədib”. Onun ardınca digər bir avtomobil də eyni hərəkətləri edib, əks istiqamətə çıxmaqla yanaşı svetoforun qırmızı işığında hərəkət ediblər.
Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin sürücüsü Süleymanov Elvin Rəşad oğlu iyunun 18-i saxlanılıb. Nəsimi rayonu məhkəməsinin qərarıyla onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən bir il müddətinə sürücülük hüququndan məhrumetmə cəzası çıxarılıb. Eyni zamanda sürücü 15 gün inzibati qaydada həbs olunub.
Nərminə Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












