Gecə Səbaildə yol polisinin atəş açdığı avtomobilin VİDEOsu

Xatırladaq ki, dünən Səbail rayonunda gecə saatlarında tabesizlik göstərən yük maşını polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılıb.
“Mercedes-Benz” markalı yük maşınının sürücüsü narkotik vasitənin təsiri altında olduğundan polisin “saxla” əmrinə tabe olmayıb. Nəticədə zəncirvari qəza yaradaraq 3-dən çox nəqliyyat vasitəsinə toqquşub, avtomobillərə maddi ziyan dəyib.
Faktı Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli təsdiq edib. O bildirib ki, hadisə dünən gecə saatlarında baş verib:
“1983-cü il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamamış, Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Bu səbəbdən yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar.
Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib. Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib. Şəxs barəsində protokol tərtib edilib və zəruri araşdırmalar aparılır”.
Faktla bağlı cinayət işi başlanılıb istintaq hərəkətləri aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












