Gəncədə "avtoş maşını" düzəldib şou göstərən qrup tutuldu - FOTO - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi edərək istifadə etməsi məlum olub. Həmin avtomobillər saxlanılaraq duracağa yerləşdirilib və konstruksiya dəyişikliyi aradan qaldırılıb. Bundan başqa mütəmadi aparılan monitorinq və profilaktiki tədbirlər nəticəsində dövlət qeydiyyat nişanının gizlədərək xüsusi cihaz və radarlardan yayınan, başqa dövlətə məxsus qeydiyyat nişanından istifadə edən və görməni məhdudlaşdıran vasitələrdən istifadə edən sürücülür də müəyyən edilib. Həmin sürücülər arasında Vətən Müharibəsi iştirakçılarının olması isə təəssüf hissi yaradır. Etdikləri qanun pozuntusunu sosisal şəbəkələrdə paylaşan bu və digər sürücülər ilə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Anoloji monitorinqlər bundan sonra da davam etdiriləcək.
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO




















