“EUROLİNE” QSC-nin Şəki Nəqliyyat Bölməsində maarifləndirici tədbir keçirilib - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 2022-ci il iyulun 11-də “EUROLİNE” QSC-nin Şəki Nəqliyyat Bölməsində maarifləndirici tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, yükdaşıma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirildiyi bildirilib. Qeyd olunub ki, yük avtomobilləri ilə icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin fiziki və hüquqi şəxslər tərəfindən pozulması hallarının qarşısının alınması istiqamətində Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil yollarında mütəmadi tədbirlər həyata keçirilsə də, son zamanlar yollarda qanunvericiliklə müəyyən edilmiş normadan artıq yük daşıyan nəqliyyat vasitələrinə hələ də rast gəlinir. Bu isə həmin daşımalar zamanı böyük maliyyə vəsaiti hesabına ərsəyə gətirilmiş yolların, körpülərin, yol ötürücülərinin və digər qurğuların vaxtından əvvəl sıradan çıxması ilə yanaşı, bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olur. Təhlillərlə müəyyən edilmişdir ki, təkcə son 1 il 5 ayda yük avtomobillərinin iştirakı ilə qeydə alınmış 171 yol qəzasında 107 nəfər həlak olub, 120 nəfər isə xəsarət alıb.
Şəki Dövlət Yol Polisi xəbərdarlıq edir ki, avtomobil yollarında nəqliyyat vasitələri ilə icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini pozan hüquqi və fiziki şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görülməklə, belə nəqliyyat vasitələrinin hərəkətinə yalnız daşınan yüklərin normalara uyğunlaşdırılması təmin edildikdən sonra icazə veriləcək. Yükdaşımaları zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi ciddi nəzarətdə saxlanılacaq, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə daşımaların həyata keçirilməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görüləcəkdir.
Tədbir zamanı sürücüləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin yekununda “EUROLİNE” QSC-nin Şəki Nəqliyyat Bölməsinin qaraj müdiri Rəfael Əyyubov bu cür maarifləndirici tədbirin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO












