Hacıqabulda narkotik çəkib maşın sürən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
İdarənin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, yoxlama zamanı sürücü, Bakı şəhər sakini Qulam Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkarlanaraq götürülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












