Narkotik istifadə edən sürücü və sərnişinlər "Nəvai postu"nda saxlanıldı - VİDEO

Paytaxt istiqamətində hərəkətdə olan “DACİA” markalı, 90-CY-871 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Xəlilov nəzarət qaydasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb. BDYPİ-dən Avtosfer.az-a bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xəlilovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin nəqliyyat vasitəsində sərnişin qismində olan Lalə Mirqasımovanın üzərindən ümumi çəkisi 10,366 qram olan heroin, 11,319 qram metamfetamin, C.Hüseynzadənin üzərindən isə ümumi çəkisi 7,62 qram olan qurudulmuş marixuana aşkar edilib.
R.Xəlilovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, C.Hüseynzadə və L.Mirqasımova isə aidiyyəti üzrə Hacıqabul RPŞ-yə təhvil verilb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













