Hansı yollarda sıxlıq var? - DYP-dən AÇIQLAMA

"Səhər saatlarından bu saata qədər yağmurlu hava şəraiti olduğundan bəzi ərazilərdə süni sıxlıq yaşanıb”.
Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, yol ayrıclarında, kəsişmələrdə yol polisi əməkdaşları təhlükəsizliyi təmin etmək və sürücülərin rahat hərəkətini təşkil etmək üçün yerlərdə nizamlayıcı qismində xidmətini davam etdirirlər:
"Səhər saatlarında Sumqayıt, Abşeronla Bakının mərkəzinə doğru 20 yanvar- Şamaxinka kimi tanınan ərazisində nisbətən sıxlıq yaşanır. Eyni zamanda Babək prospektinin 10-cu zavod dairəsi ilə kəsişən hissəsində təxminən 5-7 dəqiqə sıxlıq yaranıb. Ümumiyyətlə, bu gün paytaxtın mərkəzi küçələrində ümumi istifadədə olan yollara, prospektlərə daha yaxın olan tədris müəssissələrinin qarşısında birmənalı sıxlığın yaranması məhz sürücü valideynlərin bu ərazidə dayanma-durma tələblərini pozması ilə əlaqəlidir. Bir daha çatdırırıq ki, paytaxt ərazisində avtomobillərin dayanma-durma və ya park edilməsi məsələsi prioritet məsələdir. Sürücü valideynlərdən, ümumilikdə avtomobil istifadəçiləri və sürücülərindən xahiş edirik ki, heç bir bəhanə gətirmədən bu tələbləri düzgün yerinə yetirməyə çalışsınlar. Ən azı ərazidə boş yer olduğu halda, ikinci cərgədə, üçüncü cərgədə nəqliyyat vasitəsini saxlayıb dərsdən çıxan övladlarını götürmək bəhanəsi ilə yolu kəsməsinlər, əvvəldən getdiyi yollar üzrə istiqamət götürsünlər”.
Müsahibimiz qeyd edib ki, paytaxt yollarında səhər saat 7:45-dən 8:15-dək, eyni zamanda axşam 18:00-dan 18:45-dək süni sıxlıq yaşanır:
"Bunun da səbəbi evdən işə, işdən evə gedişin pik saatlarının olmasıdır. Bu da yol ayrıclarında bəzi sürücülərin "tələsirəm” deyərək kiçik də olsa, tələbləri pozulması ilə nəticələnir. Xüsusilə, yol boyu qoyulmuş yol nişanlarının, tənzimləyici texniki vasitələrin, işıqforların və digər tələblərin yerinə yetirilməsi vacibdir. Yollarda xidmət aparan polis əməkdaşlarının göstərişlərinə uyğun hərəkət etməyə üstünlük verilməlidir ki, həm yol-nəqliyyat hadisəsi baş verməsin, həm də süni sıxlıq yaşanmasın”.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










