İcazə noyabrın 15-i başa çatdı - Sürücüləri cərimə gözləyir? - VİDEO

Əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi. Ötən il bu qadağanın ləğv edilməsi ilə bağlı ''Yol hərəkəti haqqında'' qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunsa da, bununla bağlı standart hələ də müəyyən edilməyib.
Millət vəkili Vüqar İskəndərov deyir ki, ötən il Milli Məclisin plenar iclasında sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə və ya plyonkaların çəkilməsi qaydası müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır. Vüqar İskəndərov hesab edir ki, çaşqınlıq yaradan bu məsələ tez bir zamanda həllini tapmalıdır.
Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi məlum deyil. Amma bunun standartı müəyyən edilməsə də, daxili işlər nazirinin göstərişi ilə yol polisi iki ildir avtomobilin arxa yan şüşələrində olan pərdə və plyonkaya görə sürücüləri cərimə etmir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












