İmişlidə yol polisi cərimələdiyi sürücüləri söyüb? - İddialara CAVAB

İmişlidə yük avtomobili sürücülərini yol polislərinin təhqir etməsi barədə iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, İmişli rayon Dövlət Yol Polisinin əməkdaşları dayanma-durma nişanı olmayan yerdə 2 “KamAz” sürücüsünü saxlayıb və 20 manat cərimələyib. İddiaya əsasən, sonra həmin sürücüləri yol polisləri təhqir edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a iddiaların həqiqət olmadığını bildirib:
“Sentyabrın 18-də İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Ağsu-Bəhrəmtəpə-Kürdəmir yolunun İmişli rayonu ərazisində keçən hissəsində, İmişli Şəkər Zavodunun yaxınlığında 3 yük avtomobilinin sürücüsü tərəfindən dayanma və durma qaydalarının pozulduğunu aşkarlayıblar.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı yol polisi inspektorları tərəfindən qanunvericiyə uyğun olaraq tədbirlər görülüb və sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Qaydaları pozan sürücülərin təhqir olunması ilə bağlı səsləndirilən fikirlər isə böhtan xarakterlidir və həqiqəti əks etdirmir”.
Lent.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












