Karantin qaydalarına riayət etməyənlər cərimələnib - FOTO

Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib, qaydalara riayət etməyən 18 nəfər cərimələnib
Zaqatalada polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayon ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı iri marketlərdə, eləcə də digər qapalı obyektlərdə bəzi alıcı və satıcıların tibbi maskadan istifadə etmədikləri aşkarlanıb.
Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Sanitar-gigiyenik normaların pozulmasına şərait yaradan sahibkarlara ciddi xəbərdarlıq edilib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən olunub.
Tələblərə əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanaraq barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Ümumilikdə keçirilən reydlər zamanı karantin rejiminin qaydalarına riayət etməyən 18 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












