Keçmiş məhkum DYP-yə gedib özünü yandırmaq istədi - 1070 manat cəriməsi var

Bu gün günorta saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsində bir sürücü özünü yandırmağa cəhd edib. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib. Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaq. Sürücü bundan əsəbləşərək polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağıdan yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib.
Hazırda Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












