Manaf Ağayevə görə polis polkovniki İŞDƏN QOVULDU

Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində (DİN) xidməti yoxlama aparılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib.
Qeyd olunub ki, bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Xatırladaq ki, Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Onların barələrində fevralın 18-də protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












