Maşın xarab oldu, yolda tıxac yarandı - DYP əməkdaşları görün nə etdi - VİDEO

Yolda xarab olan maşın sıxlığa səbəb olub. Oxuculardan biri qeydə aldığı videonu Avtosfer.az-ın qaynar xəttinə göndərib. Hadisə noyabrın 14-də, paytaxtın Ziya Bünyadov prospektində baş verib. Belə ki, yolun hərəkət hissəsində qalan avtomobil tıxaca səbəb olub. Bunu görən 99-YP-468 qeydiyyat nişanlı, patrul avtomobilində xidmət aparan əməkdaşlar dərhal hadisə yerinə gələrək həm köməksiz vəziyyətdə qalan sürücüyə yardım edib, həm də avtomobili sıxlıq olan ərazidən uzaqlaşdıraraq digər sürücülərin rahat və fasiləsiz hərəkətini təmin edib. Polis əməkdaşlarının operativ addımına görə görüntünü qeydə alan oxucu redaksiyamız vasitəsilə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, yollarda baş verən hər bir hadisələrə nəzər yetirsək görərik ki, polis əməkdaşları öz üzərilərinə düşən vəzifədən də artıq işlər görürlər. Hadisə yerinə gələn, vətəndaşlara ilk yardımı məhz polis əməkdaşlarının göstərməsi danılmazdır.
Təbriz
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO












