“Qazidən maşın aldım, dedi, plyonkalı sür, heç kim yaxın dura bilməz” - Gəncədə tutulan "avtoş"

Bir neçə gün əvvəl Gəncədə yol polisinin keçirdiyi reyd zamanı avtoxuliqanlıq edən və avtomobili DYP əməkdaşının üstünə sürməkdə ittiham edilən şəxs həbs edilib. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, reyd zamanı avtoxuliqanlıq edən və şüşələri tünd plyonkalarla əhatələnmiş “Chevrolet Cruze” markalı avtomobil DYP əməkdaşlarının diqqətini cəlb edib. Gəncə şəhəri, Heydər Əliyev prospektində “Gəncə Mall”un qarşısındakı işıqforda yol polisi avtomobili saxlamağa çalışarkən sürücü maşını DYP inspektorunun üzərinə sürərək onu vurub və sürətlə uzaqlaşıb.
Daha sonra həyata keçirilən əməliyyatla sürücü Rüfət Əliyev (şərti soyadlı) saxlanılıb. Məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur və avtomobili Vətən müharibəsi qazisi olan dostundan alıb. Faktla bağlı cinayət işinin başlanması rədd edildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib.
Saxlanılan şəxs daha sonra Nizami Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində törətdiyi əməli etiraf edib:
“Maşın etibarnamə ilə mənə məxsusdur, ancaq sürücülük vəsiqəm yoxdur. Maşını aldığım Elnur adlı şəxs Vətən müharibəsi qazisidir. Elnur mənə demişdi ki, mən avtomobili nömrəsiz və şüşələrini qaraldaraq sürə bilərəm, mənə heç bir hüquq-mühafizə orqanı əməkdaşı heç nə edə bilməz. Hadisə baş verərkən isə saat 23 radələrində avtomobilin üzərində qeydiyyatsız alman nömrəsi ilə, həmçinin ön şüşəsi 15 faizlik tutqun, yan və arxa şüşələri 100 faizlik tutqun plyonkalı olmaqla Gəncə şəhəri, Н. Əliyev prospekti ilə “Gəncə Mall” ticarət və istirahət mərkəzi istiqamətdə gedirdim.
Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Gəncə Hotel”in qarşısına çatanda qırmızı işıqda dayandım. Bu zaman Gəncə şəhər BPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin Şahid adlı əməkdaşı maşının qarşı tərəfinə gəldi və dedi ki, avtomobildən düşüm. Avtomobilin şüşəsini aşağı endirərək içərisində ailəmin olduğunu bildirdim. Vüsal adlı polis əməkdaşı isə sözümə məhəl qoymayaraq, avtomobili saxlayıb yerə düşməyimi istədi.
Həmin vaxt orada videoçəkiliş aparılırdı. Vüsalın saxlama işarəsinə məhəl qoymayaraq avtomobili onun üzərinə sürdüm, Vüsal yenə geriyə çəkilmədi, avtomobili saxlamayaraq oradan getdim. Sonda qeyd edim ki, əməlimdən peşmanam, barəmdə yüngül cəza təyin edilməsini xahiş edirəm”.
Vüsal adlı DYP əməkdaşı isə bildirib ki, avtomobilin sürücüsü hadisə vaxtı onu diz nahiyəsindən vuraraq maşınla uzaqlaşıb.
Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 15 sutka həbs cəzası verilib.
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












