Maşının nömrəsini dəyişib şəhəri dolaşdı, polis ifşa etdi - VİDEO

Bakıda sürücü avtomobilinin dövlət nömrə nişanına müdaxilə edib.
01-BD-449 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə edilən kənar müdaxilə səbəbindən avtomobilin nömrəsi 01-BD-448 kimi görüntülənir. Bu kadrlar sosial şəbəkələrdə yayılandan sonra yol polisi hərəkətə keçib və çox çəkməyib ki, həmin sürücünü saxlayıb.
Ciddi qayda pozuntusuna yol verdiyi üçün avtomobili saxlama meydançasına yerləşdirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, həmin şəxs barəsində qanuni tədbirlər görülüb.
Araz Əsgərli əlavə etdi ki, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilən qayda pozuntularına görə barəsində tərtib edilmiş elektron protokollar artıq həmin sürücünün adına rəsmiləşdirilib.
Baş inspektor belə hərəkət edənləri cəmiyyət tərəfindən ictimai qınaq obyektinə çevirməyi, bu tip hərəkətləri başqa sürücülərdə görən vətəndaşlardan isə polisə məlumat vermələrini xahiş edir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












