Maşınların texniki sazlığı ilə bağlı sürücülərə MÜRACİƏT

Bakıda nasaz vəziyyətdə olan “Volkswagen” markalı avtomobil yolda tıxaca səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, ərazidə xidmətdə olan yol patrul xidməti əməkdaşları kömək edərək həmin avtomobili yolun təhlükəsiz hissəsinə çıxarıblar.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitələrinin sahibləri onların texniki sazlığına daim diqqət göstərməlidirlər:
Araz Əsgərli
“Fotodan da göründüyü kimi, idarə olunan nəqliyyat vasitəsi kifayət qədər müasirdir. Amma bu o demək deyil ki, avtomobil yenidirsə, ona qulluq olunmamalıdır. Hər bir maşının sahibi "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinə əsasən, nəqliyyat vasitələrinin sazlığına mütəmadi olaraq diqqət yetirməlidirlər. Çünki bunlar yollarda sıxlığa səbəb olan hallardan biridir. Fotodan da görünür ki, əməkdaşlarımız nasaz olan avtomobilə köməklik göstərirlər. Əməkdaşlarımız, ümumiyyətlə, bu cür hallarla tez-tez rastlaşır və həmin avtomobil sahiblərinə kömək etməyi özlərinə borc bilirlər.
Bu baxımdan bir daha sürücülərdən xahiş edirik ki, belə hallarla rastlaşmamaq üçün nəqliyyat vasitələrinin texniki sazlığına diqqəti artırsınlar”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












