Moped sürücülərinə XƏBƏRDARLIQ: DYP kameraları işə salacaq

Müğənni Cavanşir Məmmədov moped sürücülərinin qayda pozmaları ilə bağlı müxtəlif fikirlər səsləndirib. Bildirib ki, moped sürücüləri kobud şəkildə qayda pozur, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradırlar. Amma nə yol polisi, nə də Bakı Nəqliyyat Agentliyi onların barəsində tədbir görmür və məsuliyyətdən kənarda qalırlar.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, həqiqətən də moped sürücüləri ilə bağlı narazılıqlar artmaqdadır və bununla bağlı DYP tərəfindən artıq müəyyən addımlar atılıb. Namidan Piriyevin sözlərinə görə, mopedin üzərində hər hansı dövlət nömrə nişanı olmadığı və bu nəqliyyat vasitələri sürücülük vəsiqəsi olmadan idarə edildiyi üçün onları foto və ya video qeydiyyat funksiyalı xüsusi texniki vasitələrlə aşkarlayıb məsuliyyətə cəlb etmək çətindir. Lakin yol hərəkəti qaydalarını pozduqda həmin nəqliyyat vasitələrini idarə edən şəxslər yollarda YPX əməkdaşları tərəfindən saxlanılır və İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilirlər. Eyni zamanda, bu tipli nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsi əsasında idarə olunması üçün tərəfimizdən müvafiq təkliflər hazırlanaraq aidiyyəti orqana təqdim olunmuşdur. Qanunvericiliyə dəyişiklik edildikdən sonra mopedlərin idarə olunması zamanı qayda pozuntularına yol verilməsinə görə daha ciddi inzibati tənbeh tədbirləri tətbiq olunacaq.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










