"Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 7 nömrəli tam orta məktəbdə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda məktəblilərlə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev bildirib ki, polis əməkdaşları bu gün narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı müasir və effektiv mübarizə üsullarından istifadə olunmaqla genişmiqyaslı əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri həyata keçirməklə yanaşı vaxtaşırı olaraq yeniyetmə və gənclərlə maarifləndirici görüşlər keçirir. Bu cür maarifləndirici tədbirlərin məqsədi gənclərin işıqlı və sağlam gələcəyə hazırlanması, onların düzgün istiqamətləndirilməsidir.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib, narkomaniyanın zərərli təsirlərindən bəhs edən videoçarx izlənilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














