Narkotik çəkib maşın sürən şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Şəmkir rayonu və Müşfiqabad qəsəbəsi ərazilərində yerləşən stasionar postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Şəmkir rayonu ərazisində yerləşən stasionar postda Sumqayıt şəhər sakini Yaqub Qəniyevin idarə etdiyi “Mercedes”, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postda Kamal Sadıqovun idarə etdiyi “Saturun” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə onların barəsində protokollar tərtib olunub. Şəmkir rayon məhkəməsinin qərarı ilə Y.Qəniyev 400 manat məbləğində cərimələnib. Abşeron rayon məhkəməsinin qərarı ilə K.Sadıqov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












