Narkotik çəkib sərnişin daşıyan avtobus sürücüsü həbs olundu - VİDEO - FOTO

Dekabrın 13-ü Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları Qaradağ postu ərazisində 90-FL-403 dövlət nömrə nişanlı, "Mercedes Benz" markalı iritutumlu marşurut avtobusunu saxlayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü Hidayətov İlham Fərman oğlu YPX əməkdaşlarında şübhə doğurduğu üçün həkim müayinəsindən keçirilib. Məlum olub ki, sürücü narkotik vasitələrin təsiri altında avtobusu idarə edir. Onunla söhbət zamanı etiraf edib ki, toyda içkili vəziyyətdə narkotik vasitə qəbul edib və yola çıxıb. Ona bu əməlin ictimai təhlükəsi izah edilib və ağır qəzaların məhz bu səbəblərdən baş verdiyi bildirilib. Həmçinin sərnişinlə dolu avtobusu bu vəziyyətdə idarə etməklə ciddi təhlükə yaratdığı qeyd edilib.
Sürücü Hidayətov İlham Fərman oğlu barəsində toplanmış materialar aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, bu ilin 9 ayı ərzində Baş DYP İdarəsinin YPX Alayı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücünü aşkar edib. "Təkcə bir ay ərzində 150-dən çox analoji hal aşkarlanıb. Təbii ki, bunun ictimai təhlükəsi böyükdür və yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirməkdə davam edir."
Namidan Piriyev onu da əlavə edib ki, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. "Sürücüləri qəbul edən zaman mütləq onlar müayinədən keçirilməlidir. Həmçinin reysqabağı tibbi müayinə olunmalı və belə neqativ hallar olmamalıdır. Daşıyıcı irkətlər də məsuliyyətini dərk etməlidir."
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












