Narkotik istifadə edib avtobus sürən şəxs həbs edildi - FOTO
Yol polisi
11 Mart 2022 16:29
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtobus idarə edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a məlumat verilib. Belə ki, Quba rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Ə.Hüseynov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxunub : 1510
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 10:03
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
1 Oktyabr 2026 16:33
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
1 Oktyabr 2026 16:23
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
1 Oktyabr 2026 15:11
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
1 Oktyabr 2026 09:36
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
30 Sentyabr 2026 10:33
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
29 Sentyabr 2026 16:48
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
28 Sentyabr 2026 19:30
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
28 Sentyabr 2026 11:36
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
28 Sentyabr 2026 10:41
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
27 Sentyabr 2026 13:45
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
25 Sentyabr 2026 14:00
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
ŞƏRH YAZ












