Narkotik istifadə edib maşın sürən, yol polisini söyən sürücü tutuldu

Mayın 8-I, saat 16 radələrində Ağdaş rayonunun Maşat kəndi ərazisində “VAZ-21154” markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a İdarədən məlumat verilib. Bidirilib ki, polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilib. O, polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlədib.
Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilib.
Şəfa
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












