Narkotik vasitənin təsiri altında maşın sürənlər saxlanıldı - FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq monitorinq keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən sonuncu monitorinq zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər saxlanılıblar.
Samux rayonu ərazisində hərəkətdə olan VAZ və “Khazar” markalı avtomobillərin sürücüləri qayda pozuntusuna yol verdikləri üçün polis əməkdaşları tərəfindən onlara “saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitələrini idarə edən Nadir Alıyev, Elçin İbrahimov, Habil Məmmədov və Vüsal Namazlı narkotik vasitə qəbul etdiklərinə dair şübhələr olduğundan tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən, həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub.
Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












