Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU - VİDEO
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Ulduz Süleymanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” əmri verilib. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana qəbul etdiyi müəyyən olunub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılmasından ötrü məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Ulduz Süleymanov sürücülük hüququndan bir il müddətinə məhrum edilməklə 15 sutka inzibati həbs olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












