Nömrəsiz və pərdəli maşın duracağa aparıldı; sürücü yol polisini şərlədi - VİDEO

Bir neçə sosial şəbəkə səhifələrində Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı qanunsuz hərəkətlər edilməsi, eləcə də pul alması barədə məlumatlar paylaşılıb. İddia olunur ki, əməkdaşlar qanunsuz olaraq avtomobili saxlayıblar, sürücüyə məxsus qızıl-zinət əşyalarını götürüblər, həmçinin sürücülərdən pul alıblar.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovla Avtosfer.az-a bildirdi ki, iyunun 29-da Oktay Salayevin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi arxa dövlət qeydiyyat nişanı olmadığı və avtomobildə konstruksiya dəyişikliyinə yol verildiyi üçün Salyan rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub. Lakin sürücü protokolu imzalamaqdan imtina edib. Həmin avtomobilə hal şahidlərinin də iştirakı ilə baxış keçirildikdən sonra müvəqqəti duracağa yerləşdirilib. “Nəqliyyat vasitəsindən qızıl-zinət, eləcə də digər əşyaların oğurlanması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və şər-böhtan xarakterlidir”.
Qeyd edək ki, Oktay Salayev fevral ayında da həmin avtomobillə yol-hərəkəti qaydalarını pozduğu üçün onun barəsində bir neçə dəfə inzibati protokol tərtib olunub. İnzibati xətaya görə təyin edilən cərimələri ödəmədiyindən onun 240 manat cərimə borcu yaranıb.
Bundan əlavə yol polisi əməkdaşlarının sürücülərdən pul almasına dair videogörüntülər də paylaşılıb. Həmin görüntülər bir müddət əvvvəl çəkilib və görüntülərlə bağlı araşdırmalar aparılıb. Vətəndaşın qış geyimində olması kadrların yeni olmamasından xəbər verir.
Emin
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












