“O gedəndə yol polisləri ağlayırdılar” - Müfəttişlərin sevimli futbolçusu

Məlum olur ki, braziliyalı hücumçu Jaja Koelo təkcə Xarkov azarkeşlərinin deyil, həm də yerli yol polislərinin sevimlisi olub.
Bu barədə Jajinin “Metallist”dəki keçmiş tərəfdaşı Edmar danışıb.
“Jojo haqqında çoxlu hekayələr var. Məsələn, özünə “Range Rover” almışdı. Və maşınında polislərdəki kimi bir səs siqnalı var idi. Bir yanıb -sönən (“miqalka” deyil, bir düyməni basan kimi bir səs çıxarırdı. Yolda onun hərəkətinə icazə verilməsi üçün düşünmüşdü. Hamı maşının nömrəsini bilirdi və daim onu cərimələyirdilər. Ancaq buna baxmayaraq siqnalı yığışdırmırdı. Cəriməsini vaxtında gedib ödəyirdi. Güman edirəm ki, Jaja gedəndə dövlət yol polisinin əməkdaşları ağlayıblar”, - Edvar müsahibəsində söyləyib.
Xatırladaq ki, Jaja Koelo Xarkovun “Metallist” klubunda 2008-ci ildən 2010-cu ilədək, eləcə də 2013-2014-cü illərdə çıxış edib.
Jaja ən baxımlı qolunu 2008-ci ildə 40 metrlik məsafədən “Beşiktaş”ın qapısından keçirib. “Metallist” Türkiyə klubunu 4:1 məğlub edərək tarixində ilk dəfə UEFA Kubokunun (indi Avropa Liqası adlanır) qrup mərhələsinə vəsiqə qazanmışdı.
Jajanın hazırda 35 yaşı var. O, sonuncu dəfə Tailandın “Çianqray Yunayted” klubunda oynayıb.
2021-ci ilin yazında Asiya futbol konfederasiyası Koelonu dopinq əleyhinə qaydaları pozduğuna görə 4 il diskvalifikasiya edib.///lent.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













