Polis heykəltəraşdan 2000 manat tələb edib? - DİN rəhbərliyi məsələni nəzarətə götürdü

Heykəltəraş Rəşid Məhərrəmov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından şikayətçidir. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, hadisə yanvarın 22-də baş verib: “Tanışım olan bir xanımla özümüzə məxsus maşında Xırdalandan qayıdırdıq. Bu zaman xanım mənə zəng vuraraq halının birdən pisləşdiyini dedi. Mən də maşını qırağa çəkib saxlamağını istədim. “Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərimizi saxladıq. Su götürüb, xanımın maşınına əyləşərək, onu sakitləşdirməyə çalışdım. Maşını 7-8 dəqiqə orada saxlamışdıq.
Düşəndə onun üzündən öpüb, sağollaşdım, maşını asta sürməsini, diqqətli olmasını dedim. Bu zaman 99-YP-687 nömrəli yol patrul maşınından polislər düşərək özlərini təqdim etmədən, üstümə hücum çəkərək, qışqıra-qışqıra qanunsuz işlərlə məşğul olduğumu bildirdilər. Dedilər ki, sən nalayiq işlər görürsən. Baş verənləri danışdım.
Onlardan biri dedi ki, sizi çəkmişəm, dana bilməzsən, telefonumda sübutum var. Qışqırıb sənədləri istədilər. Daha sonra sənədləri ciblərinə qoyub, “Ekologiya” postuna getməyimizi tələb etdilər. Səbəbini soruşduqda, dedi ki, yuxarıdan tapşırıq verilib ki, onların ikisini də gətirin bura. Dedim ki, maşındakı xanımımdır, istəmirəm posta getsin.
Dedi ki, 2000 manat ver, həll edək, nə xanım getsin posta, nə də sən. Xanımın posta getməməsi üçün məcbur qalıb razılaşdım. Dedim, 2000-ə gücüm yoxdur. Sonda 1500 manat tələb etdilər, dedilər haradan istəyirsən tap. Bir saata pulu gətir, sənədləri apar”.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev Oxu.Az-a bildirib ki, məsələ artıq Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürüb:
“Tərəfimizdən araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR










