Polis metro və piyada keçidlərində maska taxmayanlara maska payladı - FOTO - VİDEO

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə infeksiya riski yüksək olan ünvanlarda, ictimai nəqliyyatda – metropolitendə, avtobuslarda və piyada keçidlərində, nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, polis tərəfindən metrostansiyalarda, piyada keçidləri, avtobuslarda tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən insanlara koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.
"Vətəndaşlardan bir daha xahiş edirik ki, infeksiyasının yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar", deyə DİN-in məlumatında bildirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














