Polis Şöbəsində söyüldüyünü deyən sürücüyə DİN-dən cavab – “Şər atır” - VİDEO

Sosial şəbəkədə polis tərəfindən təhqir olunduğunu bildirən İsmayıl Paşaəliyev adlı vətəndaşın görüntüləri yayılıb. Videogörüntülərdə onun 29 aprel tarixində DYP tərəfindən saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinə aparılması və orada ona təzyiq göstərilərək milli mənsubiyyətinin alçaldılması il bağlı iddialar irəli sürülüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Avtosfer.az-a açıqlama verib. O bildirib ki, sosial şəbəkələrdə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə bağlı yayılan məlumatlar həqiqətdən uzaqdır, böhtan və şantaj xarakterlidir.
Xəyal Talıbov vətəndaşın saxlanma səbəbinə aydınlıq gətirərək əlavə edib: “YPX-nin inspektoru rayon ərazisində hərəkətdə olan İsmayıl Paşaəliyevin idarə etdiyi “Opel” markalı avtomobili, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə nəzarət-yoxlama qaydasında saxlayıb. İ.Paşaəliyev bu zaman ona yaxınlaşan polis əməkdaşını təhqir edib və tabesizlik göstərib. Daha sonra o, etdiyi xırda xuliqanlıq əməlinə görə RPŞ-ə gətirilib və barəsində qanunamüvafiq protokol tərtib edilib. İsmayıl Paşaəliyevin “Youtube” video portalı vasitəsilə Xaçmaz RPŞ-nin DYP bölməsi barədə dediyi fikirlər özünü təmizə çıxarmaq və polis əməkdaşlarına şər yaxmaq məqsədi daşıyır”.
Nərminə Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












