Polis Xaçmazda nəzarət-profilaktiki tədbir keçirib - FOTO

Xaçmaz rayonunda ictimai nəqliyyatda qaydalara riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan avtosfer.az-a verilən məlumata görə, Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Xaçmazda ictimai nəqliyyatda, o cümlədən, qapalı məkanlarda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-yoxlama tədbirləri həyata keçirilir. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Əsassız bəhanələr gətirənlərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Həmçinin, keçirilən tədbir zamanı sərnişin daşınması ilə məşğul olan sürücülərdən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunub. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə qaydalara əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO













