Polkovnik sürücülük vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirdi

Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli oxu.az saytına müsahibəsində sürücülük vəsiqəsinin verilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi digər ölkələrlə müqayisədə daha asandır. Başqa ölkələrə nəzər saldıqda orda bu prosedurların daha sərt olduğu üzə çıxır, məsələn, imtahan sualları 10 yox, 100 ola bilər.
Lakin sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində polis mayorunun bu fikirləri fərqli formada təhrif olunur və sürücülük vəsiqələrinin alınması prosedurundan daha çox digər neqativ hallar qabardılır.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, qeyd olunan açıqlama əməkdaşın şəxsi və subyektiv fikridir. Ona görə də belə qeyri rəsmi açıqlamanı ciddiyə alıb narahat olmağa dəyməz. Hazırda ölkəmizdə sürücülük vəsiqəsinin verilməsi prosesi beynəlxalq standartlara tam uyğundur. Həmin sənədə sahib olmaq istəyən vətəndaşın kompüter vasitəsilə verilən 10 suala cavabı və xüsusi proqram əsasında keçirilən təcrübi imtahan nəticəsi, onun bu sahədəki biliyinin səviyyəsinin müəyyən edilməsi üçün kifayət edir.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












