Postda saxlanılan sürücü yol polisini şoka saldı - Narkoman, vəsiqəsiz, borclu

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 8-də saat 12 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-nin Yol Patrul Xidməti Alayının postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkar edilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.
M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunub və Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnib.
Polis əməkdaşları tərəfindən M.Əhmədovun borclu qismində axtarışda olması da müəyyən edilib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












