Postda yol polisinin üstünə "Kamaz" sürən ata-oğul tutuldu - VİDEO
Yol polisinin qanuni tələbinə əməl etməyən ata və sağlamlıq imkanı məhdud olan, sürücülük hüququ olmayan oğlu saxlanılıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, oktyabrın 24-də “KamAZ” markalı, 50-BN-503 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Kamandar Alı oğluna və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu “KamAZ” markalı,44-CD-413 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Taleh Kamandar oğluna Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonları ərazisində yerləşən stasionar postlarında “saxla” işarəsi verilsə də onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polis əməkdaşlarının üzərinə sürərək hərəkətlərini davam etdiriblər.
Daha sonra görülmüş tədbirlər nəticəsində ata və oğlu saxlanılaraq barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə K.Məmmədov barəsibdə inzibati həbs tətbiq edilib, oğlu T.Məmmədovun isə sağlamlıq imkanının məhdud olması nəzərə alınaraq o, iki yüz manat məbləğində cərimə edilib.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












