Qaradağda qəzaya düşən maşındakı uşaqları polislər xilas etdi - VİDEO

Qaradağ rayonu ərazisində xidmət aparan polis əməkdaşları baş vermiş yol-nəqliyyat hadisəsində ata və üç azyaşlının həyatını xilas ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Feysbookda Tamerlan Əfəndiyev tərəfindən paylaşılıb. Bildirilib ki, hadisə Bakı-Qazax yolunun 14-cü kilometrliyində - "körpünün üstü" deyilən yerdə baş verib. “Mitsubishi Pikap” markalı avtomobillə rayon istiqamətində hərəkət edən sürücünün halı qəfil pisləşib və o, sükan arxasında huşunu itirib. Üç azyaşlının olduğu avtomobil yol kənarındakı dəmir dirəklərə çırpılıb.
Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları – polis serjantları Elnur Təhməzli, Elnur Sədali, kiçik serjantlar Asim Bəbirli və Nizami Ədilov dərhal sürücünün köməyinə çatıblar. Onlar ata və üç azyaşlını avtomobildən çıxararaq ilk tibbi yardım göstərib, psixoloji dəstək olublar. Sonra onlar xəstaxanaya yola salınıb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












