Qarlı hava ilə bağlı xəbərdarlıq: Bunları mütləq edin - FOTO

"Bakıda qış fəsli ilə əlaqədar qarlı, şaxtalı, qeyri-sabit hava şəraiti gözlənilir. Hava şəraiti ilə əlaqədar hərəkətin tənzimlənməsində polis təlimatlandırılıb." Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.O, hərəkət iştirakçılarının nələrə fikir verməli olduqlarını da açıqlayıb.
Qeyd edib ki, qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır.
"Tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaqdır.
Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər.
Sürücülər sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etməlidir.
Hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir.
Tövsiyə olunur ki, sürücülər enişli-yoxuşlu yollarda diqqətli olmalı, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
Piyadalar səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük versinlər."
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














