Qazaxda qırmızı işıqda şütüyən sürücülər saxlanıldı - VİDEO

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunda "VAZ-2107" və "Chevrolet Cruze" markalı avtomobillərin işıqforun qırmızı işıq yanmasına məhəl qoymadan hərəkət etməsi və beləcə də həm özləri həm də digər hərəkət iştirakçılarını təhlükəyə atmaları barədə video yayılıb. Məsələ ilə bağlı dərhal Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində müvafiq araşdırmalar aparılıb və qayda pozuntusunu törədən şəxslərin kimliyi müəyyən edilib. Sözügedən qayda pozuntusunu törədən "VAZ-2107" markalı avtomobilin sahibi Gündüz İsmayılov və "Chevrolet Cruze" markalı avtomobilin sahibi Namiq Rzayev RPŞ-yə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, bu tip hərəkətlərin qəza ilə nəticələnə biləcəyi xatırladılıb. Hər iki şəxs barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












