Qəzaya uğrayan avtomobili yol polisi təqib etməyib - DİN-dən AÇIQLAMA - FOTO
Yol polisi
13 Sentyabr 2021 14:00

"Bəzi xəbər saytlarında Şəki-Qax avtomobil yolunda “VAZ-2107” markalı nəqliyyat vasitəsinin Yol Patrul Xidməti avtomobilinin təqib etməsi səbəbindən qəzaya düşməsi barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir". Bunu Avtosfer.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib. O bildirib ki, fevralın 6-sı səhər saatlarında xidmətdə olan Yol Patrul Xidmətinin inspektorları Şəki-Qax avtomobil yolunun 13-cü kilometrliyindən keçərkən “VAZ-2107” markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində öldüyünü aşkar ediblər.
"Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Ölən şəxslərin sürücü Elvin Musayev və sərnişin Daşqın Mustafayev olduqları müəyyən edilib. Araşdırma zamanı sürücü Elvin Musayevin idarəetməni itirməsi nəticəsində avtomobilin yoldan çıxaraq aşdığı məlum olub. Hadisədə sürücünün də ölməsi səbəbindən başlanmış cinayət işinə xitam verilib", - M.Məsimov bildirib.

Oxunub : 3964
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ













