Qumbara partlayışı zamanı xəsarət alan polis zabiti şəhid oldu - FOTO

Bir neçə gün əvvəl Bakıda özünü qumbarayla partladan şəxslə bağlı məlumat verilmişdi. Hadisə zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis zabiti Elçin Səfərzadə idi.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə Elçin Səfərzadə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, narkotiklərə qarşı mübarizə zamanı xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Elçin Səfərzadə əvvəllər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub.
Xatırladaq ki, iyulun 27-də 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov həyatını itirib. Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













