Rayonlarda polis işləmək istəyənlərə ŞAD XƏBƏR – DİN müsabiqə elan etdi

Daxili İşlər Nazirliyi hüquqşünasların polis orqanlarında xidmətə qəbulu ilə əlaqədar müsabiqə elan edir. Avtosfer.az xəbər verir ki, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.
Vakant olan vəzifələrin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər http://www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına göndərməlidirlər.
Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün);
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












